Главная > Maraqlı > Masallıda sünnət aksiyası

Masallıda sünnət aksiyası


22-04-2022, 19:18. Разместил: admin44

22 aprel 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində sünnət aksiyası keçirilib.

Xeyirxah tədbir səhər saatlarından başlayaraq rayonun bütün ərazilərini əhatə edib.

Aksiya çərçivəsində aztəminatlı ailələrin 3 yaşından yuxarı 31 uşağı sünnət olunub.

Uşaqlar əvvəlcə qeydiyyatdan keçərək laboratoriyada qan analizi müayinəsinə cəlb ediliblər.
Aksiya iştirakçıarından Xırmandalı kənd sakini Yədulla Əsədov, Göyəçöl kəndindən Qəribxan Əbülfəzov, Masallı şəhərindən Rəna Cavadova və başqaları xeyirxah aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад