Главная > Maraqlı > Dil millətin varlığının əsas şərtlərindəndir

Dil millətin varlığının əsas şərtlərindəndir


23-04-2022, 13:13. Разместил: admin44

Hər bir xalqın inkşafında və tərəqqisində müstəsna rolu olan böyük şəxsiyyət olur. Azərbaycan xalqının da belə şəxsiyyətləri az olmayıb.Ulu Öndər Heydər Əliyev də xalqımızın yetişdirdiyi şəxsiyyət sırasındadır.Onun ölkəmizin çiçəklənməsi üçün, beynəlxalq müstəvidə tanınması üçün gördüyü işlər H.Əliyevi Ümummilli Lider zirvəsinə kimi yüksəldə bilmişdi. O hakimiyyətə gəldikdən sonra Azərbaycanın tərəqqi dövrü başladı.Ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin öyrənilməsi,ana dilimizin rolunun artırılması və.s kimi məsələlərdə H.Əliyevin rolu danılmazdır.

Heydər Əliyevin fəaliyyətindən danışarkən dilimizin inkşafına xüsusi diqqət ayrıldığını görməmək mümkün deyil.Çünki Ulu Öndər bilirdi ki,ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir,ana dili hər bir xalqın milli sərvətidir.Xalqın keçdiyi tarixi yol,onun mədəni səviyyəsi,ilk növbədə,onun dilində öz əksini tapır.
 
Dilimizin bugünkü inkşaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.Lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz. Azərbaycan Sovet İmperiyasının tərkibində olduğu illərdə isə dilimizə qarşı hücumların yeni dalğası başlandı.”Sovet Xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini,mədəniyyətini,milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərdi.Belə ki,ölkədə rəsmi dövlət dili rus dili idi.Azərbaycan dilində danışmaq,rus dilini bilməmək qəbahət hesab olunurdu.Lakin Azərbaycan dilini sevən,ona hörmətlə yanaşan Ümummilli Lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu.O, müxtəlif tədbirlərdə doğma ana dilində çıxış etməklə dilimzə verdiyi dəyəri göstərirdi.O həmçinin rus dilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdir.
       
Bunlarla kifayətlənməyən Ulu Öndər 1978-ci ildə tarixi bir uğura imza atdı.O həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq rus dili ilə yanaşı,Azərbaycan dili rəsmi dil statusu əldə etdi.Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.
       
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi,ideoloji problemləri ilə bilavasitə məşğul olub və bir sıra işləri həyata keçirib.Azərbaycan dilini dövlət dili kimi rus dili ilə yanaşı rəsmiliyini təmin edib,Azərbaycan dilli məktəbin,maarifin inkşafına xüsusi qayğı göstərib, Azərbaycan dilində mətbuatın elmin tərəqqisi üçün əlindən gələni edib.Ən vacibi isə o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb,çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb.
Bütün bunlar onu göstərir ki,xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub.

Ümumiyyətlə,müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin müstəsna xidmətləri var.Azərbaycan dilinin qorunması və inkşafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli Liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır.Məhz Ulu Öndərin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-dövlət təşkilatlarında,indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili sözün əsl mənasında,vərqərar edildi.


Şəhla Xəlilova,
Masallı rayon Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi.


"Yeni həyat" qəzeti,  
 www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад