Главная > Maraqlı > “Şuşanın keçmişi və bu günü” mövzusunda mühazirə
“Şuşanın keçmişi və bu günü” mövzusunda mühazirə24-04-2022, 19:36. Разместил: admin44 |
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə tarix üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı Mürvət Abbasov ictimaiyyət nümayəndələri və gənclərə “Şuşanın keçmişi və bu günü” mövzusunda mühazirə deyib. Tədbir ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını diqqətə çatdırıb. Mühazirəyə keçməzdən əvvəl Mərkəzin əməkdaşı Aqşin Quliyevin mövzuyla bağlı hazırladığı videoçarx nümayiş edilib. Daha sonra tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov Şuşanın hələ XVIII əsrin ikinci yarısından başlayaraq Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilməsindən danışıb. Tarixə nəzər salaraq M. Abbasov bildirib ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Qarabağın, Şuşanın əzəli Azərbaycan torpağı olduğunu, Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incisinin Şuşa olduğunu, əsrlər boyu Azərbaycan xalqının bu torpaqlarda yaşadığını və 30 illik erməni işğalına son qoyduğunu vurğulayıb. Tədbir çərçivəsində M. Abbasov diqqətə çatdırıb ki, Şuşa bu gün yenidən qurulur, mədəniyyət paytaxtı Şuşada şəhərin əsl tarixi simasının bərpası istiqamətində bir-birinin ardınca nəhəng layihələr gerçəkləşdirilir. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |