Главная > Maraqlı / Manşet > Millət Vəkili Masallıda gənc rəssamların əsərləri ilə tanış oldu
Millət Vəkili Masallıda gənc rəssamların əsərləri ilə tanış oldu26-04-2022, 18:55. Разместил: admin44 |
Milli Məclisin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “NƏFƏS” İB, “Masallı Təhsil Fondu”, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin təşkilatçılığı ilə keçirilən “ART ZONE” simpoziumunun 5-cisinin Masallı şəhərində təşkili məqsədilə respublikamızın gənc və orta nəsil rəssamlarının ölkəmizin bölgələrini biləvasitə görüb, tanıması, etnoqrafiq gözəlliklərə vaqif olması və onu öz yeni əsərlərində canlandırması üçün Masallı rayonunda səfərdə olmuşdurlar. İstedadlı rəssamların təcrübə mübadiləsinə dəstək olması üçün Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva Masallı rayonunda onlarla görüşmüşdür. Onların çəkdiyi rəsm əsərləri ilə tanış olmuş və öz tövsiyələrini vermişdir. Tədbirdə Masallı RİHB-nın müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz xanım Qafarova iştirak etmişdir. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |