Главная > Maraqlı > Masallıda “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi davam edir

Masallıda “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi davam edir


28-04-2022, 17:48. Разместил: admin44

28 Aprel 2022-ci il tarixində “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi qazisi Abbasov Rəvan Üzeyir oğlunu ziyarət etmişlər. Ziyarət zamanı Qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirdi.

Abbasov Rəvan Üzeyir oğlu 1997-ci il Mayın 01-də Masallı rayonunun Öncəqala kəndində anadan olmuşdur. 2003 - 2014 cü illərdə Öncəqala kənd Ə.Məmmədov adına tam orta məktəbində təhsil almışdır. 2015-ci il 01 Yanvar tarixində çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 2017 -ci ilin Yanvar ayında ordu sıralarından tərxis olunub.

Abbasov Rəvan Üzeyir oğlu 27 sentyabr 2020-ci il tarixdə ll Qarabağ Müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Qazimiz Xocəvənd rayonunun azadlığı uğrunda gedən döyüşdə ayağından ağır yaralanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Abbasov Rəvan Üzeyir oğlu “Cəsur Döyüşçü”,  “Cəbrayılın azad olunması”, “Füzulinin azad olunması” və “Xocəvəndin azad olunması” medalları ilə təltif olunmuşdur.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад