Главная > Maraqlı > ”Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir
”Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir28-04-2022, 18:13. Разместил: admin44 |
Masallı Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərə həsr olunmuş növbəti tədbir. Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və “Ümidim Sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən Müharibəsi qəhrəmanlarının tanıdılması məqsədilə ”Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirildi. Tədbirdə adıçəkilən müəssisələrin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyin Masallı rayon filialının(Q MƏVŞAİB) sədri Nahid Rəhimov, şəhid ailələri, qazilər , Masallı 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. İlk öncə, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Muzeyin direktoru Əntiqə Tağıyeva tədbiri giriş sözü ilə açaraq Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin əsgər və zabitlərinin fədakarlığından, Azərbaycan xalqının mübarizə əzmindən danışaraq əldə olunan uğurları Prezident- Xalq birliyinin təzahürü kimi xarakterizə etdi. Ə. Tağıyeva aprel ayında mövludu olan şəhidlərimiz haqqında geniş məlumat verərək, onların valideynlərinə belə mərd oğullar yetirdiklərinə görə təşəkkürünü ifadə etdi. Sonra QMƏVŞAİB Masallı rayon filialının sədri Nahid Rəhimov çıxışında həm veteran, həm də şəhid qardaşı olaraq bu gün qəlbən rahatlıq tapdığını, qazandığımız qələbənin əbədi olacağına inandığını xüsusi vurğuladı. “Ümidim sənsən” İctimai Birliyinin nümayəndəsi Fidan Abbaslı çıxış üçün söz alaraq çətin bir dönəmdən keçdiyimizi söylədi. O, şəhidlərimiz gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də Vətənə sədaqət simvol olduğlarını söylədi. Daha sonra Qalereyanın direktor əvəzi Təhmasib Məcidov torpaq uğrunda canını fəda edən vətən övladı ölmür, ölümü ilə əbədilik qazanıb, şəhidlik zirvəsinə ucalır dedi. O, bizim hamımızın şəhidlərin əziz xatirəsini qoruyub saxlamağı, yaşatmağı özümüzə borc hesab edərək, məsuliyyətini dərk etməliyik söylədi. Tədbirin sonunda şəhid ailələrinə Təşəkkürnamələr təqdim olunduğdan sonra qonaqlar muzeydə şəhidlərin xatirəsinə həsr olunmuş guşə ilə tanış edilmiş oldular. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |