Главная > Maraqlı > Baş Prokurorluq Lənkəranda konfrans keçirib

Baş Prokurorluq Lənkəranda konfrans keçirib


28-04-2022, 21:02. Разместил: admin44

«Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı konfransında Masallıdan olan jurnalistlər də iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq, aşkarlıq və şəffaflığın təmin olunması, insan və vətəndaş hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarının əsas prioritet istiqamətlərindən biri olmaqla bu sahədə mövcud münasibətlərin inkişaf etdirilməsinə yönələn kompleks tədbirlər həyata keçirilir.
Regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun təşkilatçılığı ilə silsilə tədbirlər davam etdirilir.

Növbəti tədbir aprelin 28-də Lənkəranda keçirilib.

Dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə təşkil edilmiş “Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak edib.

Astara, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı rayon və Lənkəran Hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının da olduğu konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini, şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər Xatirə Kompleksi”ni ziyarət edərək abidələr önünə gül dəstələri düzüblər.

Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Lənkəran rayon prokurorluğunun inzibati binasına press-tur təşkil olunub.

İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan press-tur iştirakçıları inzibati binada əməkdaşlar üçün yaradılmış iş şəraiti, habelə kriminalistik avtomobil və avadanlıqlarla tanış olub.

İştirakçılara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

“Lankaran Springs” oteldə təşkil olunan konfrans öncəsi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlıayan Lənkəran rayon prokuroru Taryel Ələkbərov informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edib.

Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev zamanın tələbinə uyğun olaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində kompleks işlər görüldüyünü qeyd edib, media və qeyri-hökumət təşkilatları ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayıb, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

2021-2023-cü illər üzrə Baş Prokurorluğun kommunikasiya strategiyasından bəhs edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını, hazıradək 200-ə qədər müraciətin məhz sosial media platformalarında olan hesablar vasitəsilə qəbul edildiyini bildirib.  

Konfransda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşı Tamerlan Rəhimov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin qrup rəhbəri Rasim Həsənov,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarə rəisi Kənan Kərimli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın əməkdaşı Tural Hüseynzadə, Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova çevik və effektiv komunikasiya strategiyasının inkişafından, sosial mediada informasiya təhlükəsizliyinin, eləcə də informasiya təhlükəsizliyində konfidensiallığın, ictimaiyyətin geniş auditotiyaya əlçatanlığının təmin edilməsinin əhəmiyyətindən bəhs ediblər.

Daha sonra dövlət qurumları ilə bölgə mediası arasında operativ və səmərəli kommunikasiyanın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Akif Ağayev (“Yeni həyat” qəzeti -Masallı), Tural Kərimov (“APA”), Asəf Ayazoğlu (“Report”), Əlisəfa Həsənov (“Respublika”qəzeti ), Vamiq Babayev (“Şəfəq” Ekoturizm İB), Elvin Əkbərov (“Xəzər TV”), Fidan Abbaslı (“Ümidim sənsən” İB) birgə əməkdaşlığın perspektivləri barədə təkliflərini səsləndiriblər.

Konfrans iştirakçıları mövcud əməkdaşlıqdan məmnunluqlarını bildirərək, gələcəkdə də dəyirmi masa və görüşlərin təşkilinin informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağını vurğulayıblar.

Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Lənkəran şəhərində keçirilən «Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı konfransında Masallıdan olan jurnalistlər —  Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov, Akif Ağayev və İbrahim Şükürov da iştirak ediblər.


 


Akif VAQİFOĞLU.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az




шаблоны для dle 11.2
Вернуться назад