Главная > Maraqlı / Manşet > Masallıda “Şuşa fatehləri” mövzusunda tədbir

Masallıda “Şuşa fatehləri” mövzusunda tədbir


29-04-2022, 19:05. Разместил: admin44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2022-ci ilin “Şuşa” ili elan edilməsi ilə əlaqədar Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Milli qəhrəman və Vətən müharibəsində Şəhid olanların ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və partiya fəallarının iştirakı ilə “Şuşa fatehləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Seyfəddin Əliyev geniş məruzə ilə çıxış edərək bildirdi ki, cənab Prezident İlham Əliyev yanvarın 5-də “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Qarabağın tacı olan Şuşa Azərbaycan xalqı üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır. Haqq işi naminə aparılan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqı qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, Azərbaycanın tarixinə Zəfər Günü kimi həkk olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə aprelin 22-də Dünya Azərbaycanlılarının 5-ci Qurultayının cənnət Qarabağın döyünən qəlbi mədəniyyətimizin paytaxtı və tarixi qələbəmizin rəmzi olan, əziz, azad Şuşa şəhərində keçirilməsi hər bir azərbaycanlı üçün əlamətdar hadisədir. Bu Qurultayın Zəfər Qurultayı adlandırılması, bizim üçün deyil, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Necə ki, bu gün dünya Şuşanın ev sahibliyi etdiyi Zəfər Qurultayından bəhs edir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır.

Seyfəddin Əliyev nitqinə davam edərək qeyd etdi ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən  illər ərzində Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Şuşanın azad olunması isə döyüşlərin kulminasiya nöqtəsi oldu. Qəhrəman Azərbaycan övladlarının dağlardan, meşələrdən, dərələrdən keçərək Şuşanı işğalçılardan azad etmələri hər bir vətən övladında ayrıca qürur və iftixar hissi yaradır. Şuşanın işğaldan azad olunması millətimizin Vətən sevgisini, torpaq həsrətini, qorxmazlığını, igidliyini bir daha sübut edir. Millətimizə baş ucalığı gətirən Şuşa əməliyyatı haqqında qarşıdakı illərdə sözsüz ki, çox filmlər çəkiləcək, çox əsərlər yazılacaq.

“Şuşa əməliyyatı”müasir hərb tarixinin ən parlaq səhifələrindən biridir. Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizə daim minnətdarıq. İstər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük bu müharibədə bu tipdə əməliyyatın planlanması olmamışdı. 10 min 386 gün işğalda olan qədim Azərbaycan şəhəri Şuşanın azad olunması üçün geniş miqyaslı hərəkətə başlanıldı. Əsas baza xüsusi təyinatlı qüvvələr olmaqla digər qoşun növlərinin iştirakı ilə Şuşanın azad olunması üçün hücum əməliyyatına start verilir.
Bütün Azərbaycan xalqı ordumuzdan Qarabağın tacı olan Şuşanın azad edilməsini gözləyirdi. Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsini bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün pik nöqtəsi oldu. Şuşanın azad edilməsi ilə Ermənistan Prezident  İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiya, məğlubiyyət aktına imza atdı.
Tədbirdə iştirak edən Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov çıxış edərək Ali Baş Komandan  İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini şərtləndirən əsas amillər olduğunu qeyd etdi.

Sonra Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov, Şəhid atası Arif Əliyev, Vətən müharibəsi iştirakçılarından Ceyhun Qurbanov, Qüdrət Əzizov və başqaları çıxış edərək qeyd etmişlər ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə daim yüksək diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Çıxış edənlər bütün bunla-ra görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад