Главная > Maraqlı > “Heydər Əliyev Azərbaycanın xilaskarı” mövzusunda tədbir

“Heydər Əliyev Azərbaycanın xilaskarı” mövzusunda tədbir


30-04-2022, 19:14. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev Azərbaycanın xilaskarı” mövzusunda tədbir keçirildi.

Masallı Tarix -Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatı və Yeni Azərbaycan Partiyası(YAP) Masallı rayon təşkilatı ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 99-çu ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycanın xilaskarı” mövzusunda tədbir keçirildi. Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP veteranları, fəal gənclər, mədəniyyət işçiləri, məktəblilər iştirak etdilər.

İlk öncə, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edildi.
Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının, elm  və təhsilinin, mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən bəhs etdi. O, ulu öndər Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu vurğuladı.
Tədbirin iştirakçıları olan natiqlər, rayonumuzun tanınmış ziyalıları Azərbaycanın Heydər Əliyev rəhbərliyi altında keçən uzun bir tərəqqi yolundan,  Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən amillərdən, xalqa, vətənə daima xidmət edən bu dahi şəxsiyyətin siyasi mübarizliyi, müdrikliyi, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq, milli və mədəni dəyərlərin hər zaman üstün tutması kimi tarixi örnəklərindən  geniş danışdılar. Çıxışçılar dahi liderin Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə ölkəmizin ən qabaqcıl respublikalardan birinə çevrilib və bu gün də Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin başçılığı ilə inamla irəliləməsini xüsusi vurğuladılar.

Tədbir iştirakçıları balaca fidanların ifasında Heydər Əliyevə həsr edilmiş kompozisiyanı dinlədikdən sonra xatirə şəkilləri çəkdilər.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад