Главная > Maraqlı > Masallıda fiziki məhdudiyyətli qadınlarla görüş

Masallıda fiziki məhdudiyyətli qadınlarla görüş


30-04-2022, 19:21. Разместил: admin44

Masallıda Ramazan bayramı ərəfəsində fiziki məhdudiyyətli qadınların bir qismi ilə görüş keçirilmişdir.

Məsul şəxslər Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman İdarəsinin, Gənclər Evi SXM-nin və “Əlil Qadınlar Cəmiyyətinin” birgə təşkilatçılığı ilə rayon ərazisində fiziki məhdudiyyətli qadınlarla Ramazan bayramı münasibətilə görüşmüş, qayğıları ilə maraqlanmış və onlara Ramazan sovqatları verilmişdir.

Əlil qadınlarla görüşdə Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, şöbənin baş məsləhətçisi Nigar Kərimova, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Gənclər Evi SXM-nin direktoru Fuad Mənsimov və “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Əminə Abıyeva iştirak etmişdir.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад