Главная > Maraqlı > Şəhid Əlizadə Famil Habil oğlunun doğum günü

Şəhid Əlizadə Famil Habil oğlunun doğum günü


3-05-2022, 14:05. Разместил: admin44

Masallı rayonunda  Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Əlizadə Famil Habil oğlunun doğum günü münasibəti ilə şəhidin ailəsi və məzarı ziyarət olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev , YAP Masallı rayon təşkilatının əməkdaşları və fəalları şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüb,  ruhuna dualar oxuyublar.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev şəhidin ailəsinə başsağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад