Главная > Maraqlı > Masallıda “Şeir” müsabiqəsi

Masallıda “Şeir” müsabiqəsi


6-05-2022, 18:10. Разместил: admin44

Masallıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Şeir”  müsabiqəsi keçirilib.
       
06 may 2022-ci il tarixdə “Masallı Gənclər evi” sosial xidmət müəsissəsində Masallı rayon Gənclər və İdman İdarəsinin , Təhsil şöbəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin brgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Masallı rayon tam orta ümumi təhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında “Şeir” müsabiqəsi keçirilmişdir.
         
Tədbirin açılış mərasimində  Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini  Oktay Mütəllimov, Rayon Təhsil şöbəsinin metodisti Əkbər Mahmudov, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin metodisti Nuranə Muxtarova və Sosil-ictimai İnkişaf üzrə dərnək rəhbəri Fərid Hüseynov  çıxış edərək iştrakçılarına müsabiqə haqqında geniş məlumat verərək bildirdilər ki, müsabiqənin  keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.
       
Müsabiqədə şagirdlər Ümummilli lider Heydər Əliyev haqqınd şeirlər demişdir.. Müsabiqə iştirakçılarının söylədiyi şeirlər  təşkilat komitəsi  tərəfindən müəyyən olunmuş münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Nəticələrə uyğun olaraq şeir müsabiqəsinin qalibləri müəyyən olunub.
       
Birinci yerə Böyük Xocavar B.Nuriyev adına  kənd tam orta məktəbinin şagirdi Günel Rəhimova , ikinci yerə Şəhər 2 saylı  N.Nərimanov adına tam orta məktəbin şagirdi Nərgiz Ağayeva, üçüncü yerə Şərəfə kənd Qşİsmayılov adına tam orta məktəbin şagirdi Nəmidə Əsgərova layiq görülmüşlər.Fərqləndiyinə görə isə Aysu Şiriyeva  və Gülay Məlikova Qəriblər kənd tam orta məktəbinin şagirdləri, Fidan Abdullayeva Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbin  şagirdi diplomla mükafatlandırılıb.

Müsabiqədə qalib gəlmiş şagirdlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.






"Yeni həyat" qəzeti,
  www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад