Главная > Maraqlı > “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda dəyirmi masa
“Heydər Əliyev və azərbaycançılıq” mövzusunda dəyirmi masa6-05-2022, 18:24. Разместил: admin44 |
Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə yanaşı Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları da iştirak ediblər. Dəyirmi masa ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə, Masallı rayon Heydər Əliyev Mərkəzin fəaliyyət planına uyğun olaraq silsilə tədbirlər çərçivəsində baş tutub. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə mövzu ilə bağlı ətraflı çıxış edərək respublikamızın tərəqqisində, iqtisadi, siyasi, mədəni uğurlarında, beynəlxalq əlaqələrin genişlənməsində, Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında yer almasında, ümumiyyətlə, dövlət müstəqilliyimizin möhkəmlənməsində, daimi və əbədi olmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açıb. G. Vəkilzadə Ümummulli Liderin miras qoyduğu uğurlu daxili və xarici siyasətin bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb. Sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək bildirib ki, bütün siyasi həyatı Azərbaycanla bağlı olan ulu öndər Heydər Əliyev özünün diplomatik addımları ilə istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanı dünyada tanıdıb. Onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev yeni-yeni uğurlara imza atıb. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi, qətiyyəti və cəsarəti ilə Azərbaycanın müstəqilliyini məhv olmaq təhlükəsindən xilas edib. Böyük səylər bahasına hüquqi, demokratik dövlət quruculuğuna başlayan Ulu Öndər müstəqil Azərbaycanın mövcud reallıqlarının tələblərinə cavab verə biləcək etibarlı milli təhlükəsizlik sisteminin formalaşdırılmasına nail olub. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |