Главная > Maraqlı / Manşet > Masallıda “Şən Startlar” müsabiqəsi

Masallıda “Şən Startlar” müsabiqəsi


7-05-2022, 17:33. Разместил: admin44

07 may 2022-ci il tarixində “Viləş” uşaq bağçasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə rayon məktəbəqədər təhsil müəssisələri arasında “Şən Startlar” müsabiqəsi keçirilib.

Müsabiqənin final mərhələsində rayon üzrə ümumilikdə 13 bağça iştirak edib. Tədbirdə bağçada tərbiyyə alan uşaqlar Ümummilli lider Heydər Əliyevə hərs olunmuş şeirlər və musiqilər səsləndiriblər. Birinci yerə Şəhər 1 saylı uşaq bağçası, ikinci yerə “Viləş” uşaq bağçası, üçüncü yerə isə Şəhər 2 saylı körpələr evi-uşaq bağçası layiq görülüb.

Tədbirdə Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, YAP-nın Masallı rayon təşkilatı Masallı RİH Ərazi partiya təşkilatının sədri Afəddin Kərimov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, Rayon təhsil şöbəsinin əməkdaşı Hörmət Balakişiyev,  Gənclər və İdman İdarəsinin  rəisi Sabiq Cahangirov, Gənclər Evi SXM-nin müdiri Fuad Mənsimov, şəhid valideyinləri Ziba Əsgərova və Bayram Əsgərov iştirak etmişdir.






"Yeni həyat" qəzeti,
  www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад