Главная > Maraqlı > “Ömrünü xalqına həsr edən dahi şəxsiyyət” adlı növbəti tədbir

“Ömrünü xalqına həsr edən dahi şəxsiyyət” adlı növbəti tədbir


8-05-2022, 16:29. Разместил: admin44

Masallı rayon Heydər Əliyev Mərkəzində müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə silsilə tədbirlər çərçivəsində “Ömrünü xalqına həsr edən dahi şəxsiyyət” adlı növbəti tədbir keçirilib.

Tədbir Masallı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin və Masallı şəhər XI illik İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin moderatoru, gənc mədəniyyət işçisi Gülcahan Vəkilzadə qonaqları salamlayaraq mərasimi açıq elan edib. G. Vəkilzadə müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən söhbət açıb. Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, azərbaycançılıq ideologiyasından bəhs edib.

Sonra tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda ümummilli liderin şərəfli həyat yolu əksini tapıb.

Tədbirin rəsmi hissəsində Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmova çıxış edərək bildiriblər ki, azərbaycançılıq ideologiyasının yaradıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, sarsılmaz inamı və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyalarının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqın müstəqillik arzularının həyata keçirilməsinə nail olub.

Tədbir rəsmi açılış hissəsindən sonra konsert proqramı ilə davam etdirilib. XI illik İncəsənət Məktəbinin uşaq xorunun və istedadlı müəllimlərinin təqdim etdiyi klassik musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir çərçivəsində həmçinin Dəmirçi kənd ümumi orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya da nümayiş olunub.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад