Главная > Maraqlı > Masallıda “Şuşa ili” çərçivəsində tədbir

Masallıda “Şuşa ili” çərçivəsində tədbir


8-05-2022, 16:33. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa ili” çərçivəsində tədbir keçirildi.

Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində “Şuşanı bizə qaytaranlar” mövzusu altında tədbir keçirildi. Tədbirdə adı çəkilən müəssisənin əməkdaşları, Masallı Regional Mədəniyyət idarəsi nümayəndələri, şəhid ailələri və qazilər iştirak etdilər.

İlk öncə, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin direktoru Əntiqə Tağıyeva 44 günlük Vətən müharibəsi zamanı Şuşa əməliyyatının millətimizə qazandırdığı baş ucalığından geniş danışdı. O, Şuşa uğrunda gedən döyüşlərin vətənin mərd oğullarının qorxmazlığını, igidliyini, vətən sevgisinin tükənməzliyini sübut edən bir döyüş olduğunu qeyd etdi. 10 min 386 gün işğalda olan qədim Azərbaycan şəhəri Şuşanın azad olunması üçün ordumuz geniş miqyaslı hərəkətə başlayıb. Qarabağı, Şuşanı bizə qaytaranlar bizim şərəfimizi, bizim namusumuzu, bizim qeyrətimizi geri qaytardılar. Qələbə xəbərinin verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ” İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq.” deyərək, xalqını böyük coşqu ilə müjdələdiyini dedi. Ə. Tağıyeva Şuşanın işğaldan azad olunması uğrunda Azərbaycanın müzəffər Ali Baş Komandanı və əsgərinin həyata keçirdiyi əməliyyat isə tarixdə əbədi qalacaq, Şuşa uğrunda canından keçən oğullar  Azərbaycan tarixinin unudulmazları sırasındadırlar deyərək,  şəhid, qazi adı hesabına bizi Şuşaya qaytaran, murdar düşmənin ayağını Şuşadan birdəfəlik kəsənlərə hər birimiz borçluyuq söylədi.
Sonra Vətən uğrunda canından keçən iki şəhidin anası Ziba xanım Əsgərli çıxış üçün söz alaraq dedi: Deyirlər, dərdin kiçiyi, böyüyü olmur, amma elə deyil, dərdin ən böyüyü vətən, torpaq, azadlıq dərdidir. Bu dərdin yolunda bizim balalarımız şəhid oldular və düşmənə qaya kimi sipər oldular. Mən bütün şəhid övladlarımla qürur duyuraq, fəxr edirəm. Qazilərimizə isə Allahdan şəfa diləyirəm, çünki onlar bizim şəhidlərimizin  şahidləridirlər.

Eyni zamanda digər şəhid valideyinləri də çıxışlarında övladları ilə fəxr etdiklərini söyləyərək, bizim övladlarımız vətən qarşısında öz şözlərini elə deyiblər ki, biz onların valideynləri olsaqda məhz övladlarımızın getdiyi yollun yaşadanları olduq. Övladlarımız bizim də, vətənin də başını uca etdi, dedilər.

Vətən müharibəsi qazisi Əzizov Qüdrət, Muradov Nurlan, Nuri Cavid Qarabağın azadlığı zamanı, həmçinin Şuşa ətrafındakı döyüşlərdə yaşadıqları hisslərdən söz açdılar.  Şanlı zəfərimizdə onların da xüsusi payı olduğu üçün qürur keçirtdiklərini şöylədilər.  “Təki vətən düşmən tapdağından azad olsun”amalı ilə ölümün gözünə dik baxan qəhrəman qazilərimiz Şüşa şəhərinin azad olunmasında təkcə Azərbaycan əsgəri döyüşməyib, həm də “Şuşa şəhərinin özü döyüşüb, Şuşa qalasının divarları döyüşüb, Şuşa şəhərinin öz doğma sakinləri üçün darıxan binaları döyüşüb, təbiəti döyüşüb bizləri qoruyurdu, müdafiə edirdi” deyərək ,o günlərdə yaşadıqlarını xatırlamaq nə qədər ağır olsa belə qürur verici olduğundan danışdılar.

Daha sonra Qalereyanın direktor vəzifəsini müvəqqəti icra edən Təhmasib Məcidov şəhid valideynlərinə və qazilərə xüsusi ehtiramını ifadə etdi. O, şəhid qardaşlarımızı və qazilərimizin valideynlərindən aldığı ali tərbiyəsinin nəticəsində Vətənə göstərdikləri xidmətlə, qəhrəmanlıq və şücaətləri ilə bütün xalqımızın, millətimizin vətənə sevgi, məhəbbət tərbiyəsi yolunun məktəbini qoymuş oldular. Vətən uğrunda canından keçən hər bir şəhidimiz, qazimiz bu gün bizim üçün qürur mənbəyi olaraq gələcək nəsillərə Vətən sevgisi tərbiyəsi mövzusunda böyük örnək olduğunu söylədi. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini xüsusi vurğulayan T. Məcidov belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qurur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə və qəhrəman qazilərimizə minnətdarlığ bildirmək hər birimizə mənəvi borcdur, dedi.

Sonra Şuşa ətrafında baş vermiş döyüşlərdə göstərdikləri fədakarlığa görə qəhrəman övlad böyüdən şəhid valideynlərinə və qazilərə Fəxri-Fərmanlar təqdim olundu. Tədbirin sonunda xatirə fotoları çəkildi.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад