Главная > Maraqlı > Məmmədhüseyn Lətif oğlu Həsənov

Məmmədhüseyn Lətif oğlu Həsənov


9-05-2022, 19:29. Разместил: admin44

Masallı rayonu ictimaiyyətinə ağır itki üz vermişdir.

Nüfuzlu ziyalı, Yeni Azərbaycan Partiyasının üzvü, bölgənin tanınmış ictimai xadimi Məmmədhüseyn Lətif oğlu Həsənov 9 may 2022-ci il tarixdə vəfat etmişdir.

Məmmədhüseyn Həsənov 1928-ci ildə Masallı rayonun Eminli kəndində anadan olmuşdur.
Təhsilini əvvəl Qarğalıq kənd yeddiillk məktəbində başlamış, sonra isə Salyan rayonunun Qədimkənd məktəbində davam etdirmişdir. Müharibə başlayan vaxtı təhsilini yarıda qoyaraq yenidən kəndə qayıtmışdır. Daha sonra Masallı rayon kolxozlararası məktəbdə kolxoz hesabdarlığı kursuna göndərilmişdir. Oranı bitirdikdən sonra əvvəl kolxozda mühasib müavini, sonra isə mühasib işləmişdir.
ADU-nun (indiki BDU) tarix fakültəsini bitirən M.Həsənov 1948-ci ildə Azərbaycan LKGİ Masallı Rayon Komitəsinin ikinci katibi seçilmişdir.
1952-ci ildən 1957-ci ilin oktyabr ayına kimi Azərbaycan LKGİ Masallı Rayon Komitəsinin birinci katibi işləmişdir.
1958-ci ildən isə Masallı rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
1959-cu ilin dekabrında Masallı XDS İK-nin sədr müavini vəzifəsinə seçilmişdir.
M.Həsənov 17 il Masallı rabitəsinə rəhbərlik etmişdir.

M.Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin sentyabrın 9-da Masallı rayon sakinləri ilə görüşündə iştirak edərək Masallı Rayon Poçt-rabitə işçiləri Ağsaqqallar Şurasının sədri kimi çıxış etmişdır.
Azərbaycan Respublikasının Prezident təqaüdçüsü idi.
Məmmədhüseyn Həsənov işlədiyi müddətdə dövlətçiliyimizə sədaqətlə xidmət etmiş, yaxşı təşkilatçı kimi tanınmış, rayonun ictimai həyatında fəallıq göstərmiş, insanların hörmətini qazanmış, ayrı-ayrı sahələrin inkişafı naminə zəhmətini əsirgəməmişdir.
Məmmədhüseyn Həsənov mehriban ailə başçısı, etibarlı dost, yaxşı yoldaş, gözəl insan idi.
Məmmədhüseyn Həsənovun işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад