Главная > Maraqlı > Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb


11-05-2022, 19:53. Разместил: admin44

Yardımlı rayonunu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı bəzi sosial media səhifələrində yayılmış məlumatlarla əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, aparılmış araşdırmalarla Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində bioloji inkişafdakı meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli 172 ağacın qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə 30 min 643 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanılıb. İstintaqın davam etdirilməsi Yardımlı Rayon Prokurorluğuna tapşırılıb.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад