Главная > Maraqlı / Manşet > Masallıda Şəhid mayor Anar Novruzovun doğum günü

Masallıda Şəhid mayor Anar Novruzovun doğum günü


13-05-2022, 20:04. Разместил: admin44

Mayın 12-də, Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, şəhid mayor, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Anar Novruzovun (12.05.1976-14.07.2020) ad günü qeyd olunub.
Şəhidin məzarı önündə keçirilən mərasimdə rayon rəsmiləri, şəhidin doğmaları, hərbçi yoldaşları, müharibə iştirakçıları, qəsəbə sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları şəhid zabitin məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onun ruhuna dualar oxuyublar.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycan Ordusunun qüdrətindən, Aprel və İyul  döyüşlərinin əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən danışıb, şərəfli, müqəddəs ömür yaşamış Anar kimi qəhrəmanlarımızın həyat yolunun bugünkü gənclərə, o cümlədən gələcək nəsillərə örnək olduğunu bildirib.

Şəhidin döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, şəhid Bəyalı Məmmədovun qardaşı Vüsal Məmmədov və başqaları Anar Novruzov kimi igid oğullarımızın şücaət göstərərək həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiklərini qeyd ediblər.

Bildirilib ki, Aprel və İyul döyüşlərinin qəhrəmanı, “Akula” ləqəbli kəşfiyyatçı Anar Novruzov və onun kimi şəhidlərimiz həmişə yaddaşlarda qalacaq, könüllərdə yaşayacaqlar.

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov Anar Novruzovun anadan olmasının 46 illiyi ilə əlaqədar keçirilən şahmat və tir atıcılığı üzrə xatirə turnirlərinin qaliblərinə diplomlar təqdim edib.
Şəhidin qardaşı Sücəddin Novruzov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Masallı Xalq Teatrı üzvlərinin və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş edilib.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад