Главная > Maraqlı > Şəhid Elgün Mikayıllının doğum günü

Şəhid Elgün Mikayıllının doğum günü


13-05-2022, 20:12. Разместил: admin44

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, YAP Masallı rayon təşkilatının əməkdaşları və fəalları, rayon ictimaiyyətinin nümayəndələri şəhid Mikayıllı Elgün Aqil oğlunun doğum günü münasibəti ilə şəhidin Xıl kəndində ailəsini və məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət şəhid Elgün Mikayıllının ailə üzvlərinin yaşadığı evə baş çəkməklə başlanılıb.

Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tarixi Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan olan şəhid Elgün Mikayıllının həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs edib. Onun xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад