Главная > Maraqlı > Şəhid yadigarının ad günü qeyd olundu

Şəhid yadigarının ad günü qeyd olundu


14-05-2022, 19:27. Разместил: admin44

Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin övladı Nur Əsgərlinin doğum günü təhsil aldığı Masallı şəhər "Viləş" uşaq bağçasında qeyd olundu.

Tədbirdə Nur Əsgərlinin nənəsi - hər iki övladını (Nurlan və İntiqam Əsgərli ) şəhid vermiş Ziba xanım və atasının adını daşıyan qardaşı İntiqam Əsgərli, Viləş uşaq bağçasının kollektivi və valideynlər iştirak edirdilər.

Tədbirdə uşaqların əylənməsi üçün biri-birindən maraqlı əyləncəli proqramlara yer verilmiş və maraqlı personajların iştirakı Nur Əsgərli üçün unudulmaz olmuşdur.






"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад