Главная > Maraqlı > Rayon rəsmiləri Şəhid övladının doğum günündə

Rayon rəsmiləri Şəhid övladının doğum günündə


14-05-2022, 19:31. Разместил: admin44

Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, ərazi partiya təşkilat sədrləri və YAP fəalları Vətən müharibəsi qəhrəmanı şəhid İntiqam Əsgərlinin qızı Nur Əsgərlinin doğum günü münasibəti ilə şəhidin Viləş kəndində ailəsini ziyarət etmişlər.

Ziyarət zamanı qonaqlar Şanlı Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan olan Vətən müharibəsi qəhrəmanının şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılıqlarından bəhs edib, ailələnin qayğı və problemlərini dinləmişlər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад