Главная > Maraqlı / Manşet > “Müstəqilliyə aparan yol”
“Müstəqilliyə aparan yol”21-05-2022, 19:20. Разместил: admin44 |
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Dövlət Müstəqilliyi günü münasibəti ilə ərazi partiya təşkilatlarında görüşlərini davam etdirir. Belə tədbirlərdən biri də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Mərkəzi Kitabxana Sistemi ərazi partiya təşkilatında “Müstəqilliyə aparan yol” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Mərkəzi Kitabxana Sistemi ərazi partiya təşkilatın sədri Əlhəddin Nəzərov açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzi Kitabxana Sistemi ərazi partiya təşkilatın sədri Əlhəddin Nəzərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında geniş məlumat vermişdir. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirdi ki, Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan etmiş nadir ölkələrdəndir. Müsəlman dünyasında ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də xalqımızın qədim dövlətçilik ənənələrini bərpa etdi və Şərqdə ilk müstəqil respublika kimi adını tarixə yazdı. Bu gün də böyük iftixar və qürur hissi ilə deyirik ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi və tarixi zərurət kimi yarandı. Bu, Azərbaycan tarixində baş verən ən əlamətdar və önəmli hadisədir. Ulu öndər Heydər Əliyev də bu tarixi hadisəni yüksək qiymətləndirmişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal bəyannaməsinin elan olunması böyük zəka, uzaqqörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz həmin gün bu tarixi addımı atdılar”. Seyfəddin Əliyev nitqinə davam edərək bildidi ki, tarixi faktlar da təsdiqləyir ki, Azərbaycanı müstəqilliyə aparan yol heç də asan olmayıb. Ancaq xalqını, millətini sevən vətənpərvər insanların demokratiya, müstəqillik, istiqlaliyyət arzusu çətinliklə də olsa, reallaşdı və bu yolda qarşıya çıxan bütün maneələr dəf edildi. Cəmi 23 ay yaşasa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin əsasını qoydu. Seyfəddin Əliyev sonda qeyd etdi ki, böyük inamla və qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycanın müstəqillik yoluna qədəm qoyması da məhz Heydər Əliyev fenomeni ilə bağlıdır. O dövrdə cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqilliyini bərpa etmiş ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıtması ilə hakimiyyət vakuumu aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyunə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi. 2003-cü ildən etibarən dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirilən siyasi kurs yeni, daha yüksək mərhələyə qədəm qoydu. Heydər Əliyev ideyalarının ən etibarlı və sədaqətli davamçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən islahatçı lider kimi ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu. Sonra partiya fəallarından Arzu Hüseynova, Lətafət Əlirzayeva və başqaları çıxış edərək dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdılar. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |