Главная > Maraqlı > Prezident İlham Əliyevin cari ilin 18 may tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışı

Prezident İlham Əliyevin cari ilin 18 may tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışı


21-05-2022, 19:41. Разместил: admin44

Bakıda 18 may 2022-ci il tarixində Azərbaycan-Litva biznes forumu keçirilib. Forumda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişdir.

Azərbaycan respublikası artıq dünya miqyasında bir çox sahələr üzrə öz sözünü demiş, hesablaşılan bir dövlətə çevrilmişdir. Dövlətimiz hər gün daha da çiçəklənir gözəlləşir, bütün dünyaya güclü bir dövlət olduğunu laiqincə isbat edir. Azərbaycan xalqı humanist və səbrli olduğu qədər qətiyyətli və dönməzdir. Hər şeyin bir sonu olduğu kimi, xalqın da səbrinin sonu gəldi və dövlətimiz 44 günlük müharibə ilə bütün dünyaya Azərbaycan xalqının necə qəhrəman xalq, necə mübariz xalq olduğunu sübut etdi.

2-ci Qarabaq müharibəsindən sonra, demək olar ki, bütün dünya ölkəmizi tanıdı haqq yolunda atdığımız addımları təqdir etdi. Bütün bunlar ölkə prezidentinin uğurlu və dəqiq siyasətinin nəticələridir.

Bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, forumlar, müsabiqələr və yarışlar sadaladıqlarımızın bariz nümunəsidir.
Heç danılmaz həqiqətdir ki, Azərbaycan respublikası hər il yüzlərcə bu kimi tədbirlərə ev sahibliyi edir. Hər il on minlərlə xarici ölkə vətəndaşları ölkəmizə gəlir, Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olur, istər işğaldan azad olunmuş ərazilərimizə istərsədə Azərbaycanın digər dilbər guşələrinə turist səfərləri təşkil edirlər.

Dünən də ölkəmizdə belə tədbirlərdən biri, Azərbaycan-Litva bizles forumu keçirildi.
Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir.

Bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə yanaşı, humanitar məsələlər də yüksək səviyyədə müzakirə edilir. Qeyd etməliyəm ki, Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, sammitlər, beynəlxalq konfranslar keçirilir. Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilmişdir. Bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı keçirilmişdir. Artıq iki dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bakı Beynəlxalq Humanitar Forumunun da bu sırada öz yeri vardır. Əminəm ki, Forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi beynəlxalq humanitar əməkdaşlığa öz töhfəsini verəcəkdir.



Ceyhun Hüseynov,
Masallı MRX-nın mütəxəssisi



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад