Главная > Maraqlı / Manşet > Şəhid Nəcəfov Əli Seyran oğlunun doğum günü

Şəhid Nəcəfov Əli Seyran oğlunun doğum günü


24-05-2022, 17:01. Разместил: admin44

Masallı rayon Tüklə kəndində Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman oğullardan biri olan şəhid Nəcəfov Əli Seyran oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, YAP Masallı rayon təşkilatının fəalları şəhid Nəcəfov Əli Seyran oğlunun doğum günü münasibəti ilə şəhidin Tüklə kəndində ailəsini və məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад