Главная > Maraqlı > Masallıda xidmət obyektlərində vergi qeydiyyatı ilə bağlı reydlər
Masallıda xidmət obyektlərində vergi qeydiyyatı ilə bağlı reydlər25-05-2022, 19:47. Разместил: admin44 |
Masallı rayonu ərazisində rayon icra hakimyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin məsul işçiləri və 6 saylı Ərazi Vergilər Baş İdarəsi (Lənkəran) əməkdaşlarının birgə iştirakı ilə sahibkarlıq və xidmət obyektlərinin vergi qeydiyyatında olub-olmaması ilə bağlı reydlərə başlanmışdır. Reydlər zamanı sahibkarlıq obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər aparılır, onların qayğıları ilə maraqlanırlar, sənədlər çatışmazlığı haqqında məlumat əldə olunur. Bu məqsədlə 24 may 2022-ci il tarixə qədər Masallı rayonu ərazisində olan 735 sahibkarlıq və xidmət obyektlərində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 735 sahibkarlıq və xidmət obyektlərindən 493 obyektin vergi qeydiyyatında uçotda olduğu və 242 obyektin qeydiyyatsız fəaliyyət göstərməsi olunduğu aşkar edilmişdir. Masallı rayonu ərazisində sahibkarlıq subyektlərinin qeydiyyatı, sahibkarlıq və xidmət obyektlərinin vergi qeydiyyatında olub-olmamasının araşdırması işləri davam etdirilir. Qeyd etmək yerinə düşər ki, bu vəzifə kiçik və orta sahibkarlıqla məşğul olan hər bir masallılı vətəndaşın borcudur. Ona görə nə qədər ki, gec deyildir vergi qanunlarına riayət etmək lazımdır. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |