Главная > Maraqlı / Manşet > “Müstəqilliyə addım-addım”
“Müstəqilliyə addım-addım”26-05-2022, 10:34. Разместил: admin44 |
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “28 may-Müstəqillik Günü”nə həsr olunmuş “Müstəqilliyə addım-addım” mövzusunda tarix dərsi keçirilib. Dərsdə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biri olan “28 may-Müstəqillik Günü”nün yaranmasından danışaraq qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi önəm verən Ümummilli lider Heydər Əliyev deyirdi; Biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, buna görə Xalq Cümhuriyyətinə borcluyuq. Muzeyin elmi işçisi Dilgüşə Məmmədova yüz dörd il bundan əvvəl yaranmış, 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytaran Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş məruzə edib. Sonra tarix müəllimi Famil İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətlərinin fəaliyyəti barədə şagirdlərə məlumatlar verib. Yekunda iştirakçılar “1918-1920 Azərbaycan Xalq Cumhuriyyəti” başlıqlı foto şərgiyə baxıb, xatirə şəkilləri çəkdiriblər. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |