Главная > Maraqlı > Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti

Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti


26-05-2022, 18:05. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyində "28 may-Müstəqillik Günü"nə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə muzeyin və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Şərqdə ilk müsəlman demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verməklə yanaşı, cümhuriyyət qurucularının fədakar və misilsiz mübarizəsini çox yüksək qiymətləndirirdi.

Tədbirdə çıxış edən Dilgüşə Məmmədova və Təhmasib Məcidov Ümummilli Lider Heydər Əliyevin siyasəti və uzaqgörənliyi sayəsində dövlətçilik ənənələrinin yenidən bərpa edilərək öz hüquqi əsasını tapmasından, həmçinin bu yolun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад