Главная > Maraqlı > “Sağlam Azərbaycan”-Uşaq və yeniyetmələrin rəssamlıq sərgisi”
“Sağlam Azərbaycan”-Uşaq və yeniyetmələrin rəssamlıq sərgisi”1-06-2022, 20:45. Разместил: admin44 |
01 iyun 2022-ci il tarixində Masallı Bioloji Təbabət Klinikası və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə “Sağlam Azərbaycan”-Uşaq və yeniyetmələrin rəssamlıq sərgisi” adlı tədbir həyata keçirilib. Tədbirdə Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, R. Tağıyev adına Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı Bioloji Təbabət Klinikasının direktoru Qüdrət Yaqubov və Klinikanın əmakdaşları uşaqların əl işlərindən ibarət təşkil olunmuş sərgidə iştirak etmişlər. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |