Главная > Maraqlı > Uşaqlar həyatımızın sevincidir

Uşaqlar həyatımızın sevincidir


1-06-2022, 20:49. Разместил: admin44

KİTABXANADA TƏDBİR
Masallı rayon Mərkəzi Kitabxanasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar həyatımızın sevincidir”adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib. Sonra kitabxananın əməkdaşı Arif İbrahimov çıxış edərək 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi və mahiyyəti barədə geniş məlumat verib.

Tədbir Masallı şəhər İntiqam Əsgərli adına 3 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdlərinin ifasında şeir parçalarının sələndirlməsi ilə davam edib. Masallı şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında təqdim olunan mahnı, rəqs və səhnəciklər alqışlarla qarşılanıb.
Yekunda müəllimlərə kitablar, şagird və balaca fidanlara isə müxtəlif hədiyyələr təqdim olunub.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад