Главная > Maraqlı > Tərbiyə prosesində hər anın qiyməti ölçüyəgəlməzdir

Tərbiyə prosesində hər anın qiyməti ölçüyəgəlməzdir


2-06-2022, 11:59. Разместил: admin44

Uşaqlar bəşəriyyətin gələcəyidir. Dünya iqtisadiyyatının və mədəniyyətinin, deməli bütövlükdə cəmiyyətin taleyi gələcəkdə onların əlinə keçəcək. Hazırda tarixi dövr dünyaya yüksək şüurlu insanın (homo inteqres) gəlməsini tələb edir. Bu tale yüklü məsələni etibarlı əllərə tapşırmaq lazımdır. Bunun bariz nümunəsi Prezidentimiz, Ali Baş Komandanımız şərqdə ilk Müstəqil Demokratik Azərbaycan Respublikasının yeni dövrünün memarı və qurucusu, dünya siyasətçisi, uşaqların yaxın dostu Heydər Əlirza oğlu Əliyevin siyasi varisi İlham Əliyevin timsalında öz əksini tapır. Bəs tərbiyə nədir?

Tərbiyə şəxsin ictimai və  mədəni həyatında, habelə istehsalatda  fəal iştirakına nail olmaq üçün onun məqsədyönlü, sistemli surətdə formalaşdırılması prosesidir. Yüksək mədəniyyətə malik vətəndaşlıq borcunu dərk edən rfiziki və əqli cəhətdən sağlam olan nəslin düzgün tərbiyələndirilməsi günümüzün ən zəruri vəzifəsidir.
Hər bir valideyn övladının sağlam, tərbiyəli, həyatsevər və xoşrəftarlı olmasını istəyir. Lakin çoxları bunu necə etmək lazım olduğunu bilmir. Axı hamıya tərbiyəçi olmaq şərəfi qismət olmur.

Körpəni düzgün yedirib bəsləmək, böyüdüb boya-başa çatdırmaq üçün valideynlər xeyli zəhmət çəkirlər. Dünya şöhrətli alim Albert Eynşteynin sözlərini bir daha xatırlamaq yerinə düşər. “Uşaq aləminin fonunda nisbilik nəzəriyyəsi adi uşaq oyuncaqıdır”.
Müasir dövrdə uşağın tərbiyəsi ilə elə ilk günlərdən məşğul olmağın zəruriliyi çoxsaylı elmi dəlillərlə sübut edilmişdir. Çünki uşağın eşitmə, hiss etmə orqanları hər an yeniliklərlə üzləşir. Necə deyərlər, yeni sözlər eşidir, yeni adamlar və əşyalar görür, yeni iy, toxunma hiss edir.  Onda bu cür yeniliklərə qarşı maraq çoxalır, beynində nə isə qavramağa, dərk etməyə həvəs, arzu artır. Əgər bütün bunlar nəzərə alınmasa sonradan ediləcək cəhdlərin effekti bir o qədər dəyəri olmayacaq.

Görkəmli psixoloqları, pedaqoqların və mütəfəkkirlərin fikrincə insanın ağlının yarısı (nə az, nə çox) özünün ilk 3-6 yaşında qazanılır. Ona görə bu dövrdə uşaqların tərbiyəsinə xüsusi qayğı və diqqət yetirilməsi vacibdir. Əks təqdirdə uşağın normal inkişafı bu və ya digər dərəcədə pozular, pis vərdişlər özünü qabarıq biruzə verər.
2-3 yaşlı uşaqların tərbiyəsi zamanaı fiziki və əqli inkişafı öndə saxlamaqla mənəvi və estetik  cəhətlərə də diqqəti artırmaq  lazımdır.

Yuxarıda qeyd olunduğu kimi uşağın  “ağıl yığmağı”nın ilk intibah dövrüdür.
Lakin bütün tərbiyəçilərə hazır “ressept” (nüxsə) vermək olmaz. Ona görə ki, hər bir fərdin özünəməxsus inkişafı mövcuddur. Bundan əlavə uşağın tibbi, fiziki sağlamlığı və ətraf mühitin ona təsiri də unudulmamalıdır.

Təsadüfi deyildir ki, qədim rəvayətlərdə ananın ilk körpəsini 6 aydan sonra müdrik qocaya göstərib necə tərbiyələndirmək üçün məsləhət istəməsi və müdrik qocanın ananın düz yarım il gecikdiyini söyləməsi tez-tez xatırlanır.Tərbiyə prosesində hər anın qiyməti ölçüyəgəlməzdir.


Rəvvaq QURBANOV,
tədqiqatçı psixoloq



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад