Главная > Maraqlı > Masallıda erkən nikahla bağlı tədbir
Masallıda erkən nikahla bağlı tədbir3-06-2022, 17:14. Разместил: admin44 |
Masallıda erkən nikahla bağlı maarifləndirilimə tədbiri TƏBİB-in təşkilatçılığı ilə Masallı sakinləri erkən nikahın nəticələri ilə bağlı maarifləndiriliblər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə yerli əhalinin və tibb işçilərinin maarifləndirilməsi məqsədilə “Erkən nikahın arzuolunmaz nəticələri və abortun zərərləri”, “Yeniyetmə və uşaqların ginekologiyası” mövzularında təlimlərin keçirilməsinə start verilib. Qeyd edək ki, həmin layihə çərçivəsində ilk təlimlər cənub bölgəsində, o cümlədən Masallı rayon mərkəzi xəstəxanalarında baş tutub. TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin koordinatoru Hicran Kazimova və Kliniki Tibbi Mərkəzin 5 saylı qadın məsləhətxanasının müdiri Leyla Məmmədova tərəfindən mövzu ilə bağlı geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. www.yeniheyet.az Вернуться назад |