Главная > Maraqlı > “Əsas Həyat Bacarıqları” təlimləri

“Əsas Həyat Bacarıqları” təlimləri


5-06-2022, 13:30. Разместил: admin44

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “UNICEF” in birgə təşkilatçılığı ilə 31 May-04 İyun 2022 ci il tarixlərində Bakının Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” düşərgəsində “Əsas Həyat Bacarıqları” (ƏHB) Gənclər Evlərinin əməkdaşları üçün təlimlər keçirilmişdir.

Təşkil olunan təlim proqramında “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin Metodisti Tural Sadıqov və Sosial İctimai-İnkişaf Üzrə Dərnək Rəhbəri Fərid Hüseynov iştirak etmiş və təlimi müvəffəqiyyətlə başa vurmuşlar.

Sonda təlim iştirakçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “UNICEF” tərəfindən “Sertifikat” la mükafatlandırılmışdır.

Qeyd edək ki, bu təlimlərdən sonra əməkdaşlar öz rayonlarında yeniyetmə və gənclər üçün “Əsas Həyat Bacarıqları” təlimlərini mütəmadi olaraq keçirəcəklər.


“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад