Главная > Maraqlı / Manşet > MASALLI ŞƏHƏRİ BÖYÜK QURTULUŞ BAYRAMINA HAZIRLAŞIR

MASALLI ŞƏHƏRİ BÖYÜK QURTULUŞ BAYRAMINA HAZIRLAŞIR


7-06-2022, 17:58. Разместил: admin44

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991 — 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Ona görə də 15 İyun Azərbaycanda böyük bayram, Qurtuluş günüdür. Masallıda da bu bayrama böyük hazırlıq işləri gedir.

Masallının da şöhrətli günləri xalqımızın Ümummilli İideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illər ərzində Masallıya da səfər etmişdir. Bu tarixi səfərlərin hər biri rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında, adamların mənəviyyatında dərin izlər qoymuşdur. Masallı camaatı bütün zamanlarda dahi rəhbər Heydər Əliyev ideallarına sədaqətli olublar. Xalqımızın Ümummilli Liderinə sonsuz məhəbbət və ehtiram bu gün Masallı rayonunda, onun şəhər və qəsəbələrində, kəndlərində daha qabarıq görünür. Bir vaxtlar "Masallıda çox zəıhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...", - deyən Ulu Öndər Heydər Əliyevin istəyi gerçəkləşməkdədir. Bu gün Masalı başdan-başa təzədən qurulur. Dünən gözəl idi, bu günü daha gözəl olur.

Məhz bu gün, 7 iyun 2022-ci il tarixdə Masallı şəhərində bir əmək coşğunluğu, qaynarlıq hiss olunur. Bu rayon əhalisinin, Cənubun mirvarisi gözəl Masallıya səyahət edən, gəlib-gedən qonaqların böyük razılığına səbəb olub. İsti, qızmar Günəş dünəndən adamı yandırır. Buna baxmayaraq Masallı RİH-nin əməkdaşları, zəhmət adamları şəhərin küçə və prospektlərində, park və xiyabanlarda elə həvəslə, elə həvəslə işləyirlər ki, heyrətini gizlədə bilmirsən. Zəhmət adamları bir tərəfdə şəhərdən Ərkivan qəsəbəsinin girəcəyinədək işıq dirəklərini təmir edir, yolların kənarındakı komet daşlarını sarı rənglə rəngləyir, alaq otlarından təmizləyir, xırda daşları yeniləri ilə əvəzləyirlər. Bir sözlə, Masallı şəhər əsl hünər, zəhmət meydançasını xatırladır. Aşkar edilin zibilliklər başqa səmtə daşının. Amma, fikirləşirsən ki, bu zibilliyi öz həyət-bacalarının ətrafında qalaq-qalaq yaradanlar nə fikirləşirlər. Onlar yalnız elə bilirlər ki, yaşadıqları, hasara aldıqları yer təmiz olmalıdır, vəssalam. Həmin sakinlər bilmirlər ki, ətrafı da təmiz saxlamaq lazımdır. Dəfələrlə müşahidə etdiyimiz mənzərəni sakinlərin özünə bildirində bəhanə gətirirlər.

Masallı şəhəri bizimdir, hamımızındır. Onun təmiziyini hamımız qorumalıyıq. Yanaşma bu cür olmalıdır, bəhanələrlə yox… Qurub-yaradan Masallı camaatının işi təqdirəlayiqdir. Onların Masallının abadlaşdırılmasında həvəslə, can-başla iştirak etməsi alqışalayiqdir, əsl vətənpərvərlikdir. Hər əkilən ağacın, hər gül-çiçək kolunun başına dolanan, alağını təmizləyən, suvarılmasını, aqrotexniki qaydada becərilməsini təmin edən zəhmət adamları doğma yurdu Masallını ölkəmizin ən gözəl şəhərləri sırasında görmək eşqiylə yaşayırlar və buna nail olurlar. Əlbəttə, həmin adamları adbaad, soyadbasoyad yazsaq böyük bir siyahı alınar. Məqsədimizə çatmaq üçün həmin adamların şəkillərini oyektivin güzgüsünə saldıq...









“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад