Главная > Maraqlı / Manşet > Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir
Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir7-06-2022, 18:17. Разместил: admin44 |
7 iyun 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı aparatında gənc partiya fəalları və Qazilərin iştirakı ilə “Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir ” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu Öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, biz 44 gündə “dəmir yumruq” hesabına qazandığımız Qələbə sayəsində doğma, tarixi torpaqlarımıza qayıdırıq. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi ən vacib məqamlardan biri kimi son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəslin yetişməsi ilə bağlıdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə yetişən gənc nəsil bu torpaqları azad etdi. Təbii ki, böyük qələbəmizdə bütün nəsillərin payı var. Lakin Prezident İlham Əliyev də vurğuladığı kimi, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Çünki Azərbaycanda gənc nəsil vətənpərvərlik ruhunda yetişir. 30 il əvvəl işğal olunan ərazilərimizin azad edilməsi gənc nəslin də müəyyənləşdirdiyi əsas vəzifələrdən biri idi. Prezident İlham Əliyevin güclü Lider kimi hər zaman dövlətçilik maraqlarını ən ali səviyyədə müdafiə etməsi gənc nəsil üçün əsl nümunə olub. Bu mənada əminliklə söykəmək olar ki, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Azərbaycanın qədim şəhəri, Qarabağın incisi hesab edilən Şuşa şəhərinin düşməndən azad edilməsi tariximizə qızıl hərflərlə yazıldı. Bu tarix qalib Azərbaycan xalqının tarixində, indiki və gələcək nəsillərin yaddaşında əbədi qalacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də haqlı olaraq böyük bir qürurla qeyd etdiyi kimi, Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirdi. Qəhrəman əsgərlərimiz dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni canı-qanı hesabına qət edərək, yol boyunca kəndləri, qəsəbələri, Daşaltı kəndini azad edərək, daha sonra Şuşa şəhərinə yaxınlaşaraq onu işğalçılardan azad etdi. Beləliklə, Müzəffər Ali Baş Komandan Şuşaya Qələbə yolu ilə gedən sərkərdə kimi tarixə düşdü. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı. Seyfəddin Əliyev qeyd etdi ki, heç kəsə sirr deyil ki, bu gün Şuşa əməliyyatı haqqında aparıcı beynəlxalq hərbi məktəblər maraqlanır, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. 44 günlük Vətən müharibəsi çərçivəsində Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki mənfur düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. Lakin bütün bu çətinliklərə baxmayaraq “alınmaz qala” hesab edilən Şuşa alındı. Öz dırnaqarası əməliyyatlarına “dağlarda toy” adı qoyaraq heç bir hərbi əməliyyat keçirmədən Şuşanı işğal edən ermənilərə dağlarda toy tutan, Ulu Öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələri olan gənclərimiz oldu. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Vətən sevgisi ilə Şuşanı işğalçılardan azad etdilər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırdılar. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, heç kim bu torpaqları bizə elə-belə verməyib, biz əzəli torpaqlarımızı əhəmiyyətsiz danışıqlarla yox, döyüşə-döyüşə aldıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz qəhrəmanlıq göstərərək, sıldırım qayalardan qalxaraq, yüngül silahlarla, bıçaqlarla toplara, tanklara qarşı vuruşaraq düşməni məhv etdi və bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Nəhayət, düşmən Müzəffər Ali Baş Komandan və onun şanlı Ordusu qarşısında diz çökdü və kapitulyasiya aktına imza atdı. Tədbirdə iştirak edən Mirismayıl Ağayev çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini şərtləndirən əsas amillər olduğunu qeyd etdi. Sonra gənc fəallardan Elvira Soltanlı, Səməd Zeynallı və başqaları çıxış edərək qeyd etmişlər ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə daim yüksək diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Çıxış edənlər bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |