Главная > Maraqlı > Yeni kitablar

Yeni kitablar


10-06-2022, 18:10. Разместил: admin44

Qəlbin poetik duyğuları «Könlümün səsi»ndədir...

Nəfis tərtibatla çap edilmiş bir müəllifin uzun müddat könlünün səsi ilə ərsəyə gətirdiyi "Tək beytlər”, ”Ata həsrəti”, ”Qitələr”, ”Aforizmlər” bölümündən ibarət olan "Könlümün səsi” kitabı qarşımdadır. Ön söz yazan Samir Ramiz oğlu bizi müəlliflə tanış edir.
Şamıyev Ramiz Curu oğlu 1 iyul 1950-ci ildə Masallı rayonunun II Yeddioymaq kəndində anadan olmuş, 1967-ci ilda orta məktəbi və sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsini bitirmişdir. Müəllimlər İnstitutunda bir illik kurs keçərək praktik-psixoloq ixtisasına yiyələnmişdir.
YAP-ın üzvüdür.

Ömrün mənasını Vətənə, xalqa xidmətdə görən Ramiz müəllim halallıqla yaşamağı hər şeydən üstün tutmuş və 49 illik pedaqoji fəaliyyəti dövründə də şagirdlərinə bu xisləti aşılamışdır.

Kitabı vərəqlədikcə müəllifin mənəvi dünyasının zənginliyi insanı heyran edİr. Onun həyat amalı müəllifin yığcam misralarda ifadə olunan dəyərli fikirləri oxucunu valeh edir,onu düşündürür. Müəllifin həyat devizinə çevrilən aşağıdakı misralarda olduğu kimi:
Üzmə ümidini Qadir Allahdan,
Odur hər bir zaman keçən günahdan.
Ümidsiz yaşayıb əl üzmə haqdan,
Hər şeyə qadirdir Yaradan deyə,
Üzünü ümidlə çevir qibləyə.

Ömür yazılmaqda olan kitabdır,
Onu yaxşılıqla sən başa çatdır.

Misraları ilə müəllif insanları mənalı yaşamağa çağırır.
”Könlümün səsi” kitabının «Ata həsrəti» bölümündə həyatdan erkən köçən Şamıyev Curu Səməd oğlunun əziz xatirəsini ürək ağrısı ilə qələmə alan Ramiz müəllim atasız ömür sürən və ailənin yükünü təkbaşına çəkən anaların dilindan danışır:

Heç kəs yetməsə də köməyimizə
Anam ata oldu o gündən bizə.
Ürək lazım idi o dərdə dözə
Anamın dərdini bölən olmadı.

Bir neçə ədəbi janrı özündə birləşdirən əsərin "Qitələr” hissəsində kainatın əşrəfi sayılan insanın dəyərinin, zinətinin hər şeydən öncə onun elmində,ədəbində görür Ramız müəllim:

İnsanın dəyəri hər şeydən öncə
Elm, ədəbidir, mənim fikrimcə.

224 səhifəlik bu kitabın hər vərəqində yığcam misralarda ifada olunan aforizmlərlə rastlaşırsan ki, bu da böyüməkdə olan nəslin ibrətamiz fikirlərlə tərbiyələnməsinə sanki bir töhfədir. Ramiz müəlimin təbirincə insanlar bir - birlərinə qarşı ədalətli olmalıdırlar ki,onlarda həyat eşqi sönməsin.
Həyatda hər şeyini itirsən də gərək vicdanını itirməyəsən. Ramiz müəllim insanları mərhəmətli olmağa, zəhmətlə yaşamağa, tüfeyli həyatdan uzaqlaşmağa, dünyanı bir pəncərə misalında görüb yaşadığımız bu ömürdə taleyimizə nələr düşəcəyindən danışır.
Ramiz müəllimin bu kitabı oxucularla ilk görüşü olacağını nəzərə alsaq,” Könlümün səsi” çağdaş ədəbiyyatımız üçün bır uğur kimi dəyərləndirilə bilər. Ömrünün ixtiyar çağında yaşayan R.Şamıyev ədəbi mühitdə ilk addımını atsa da, ədəbiyyatın ağırlığına çiyin verməklə, müqəddəs sözün məsuliyyətini tam mənasında dərk edərək sözə qiymət verməyi bacarmışdır. Bu da zövqumüzü oxşayan qeyd etdiyim əsərin əsas məziyyətlərindən biridir. İnanırıq ki, yenicə işıq üzü görmüş bu kitabdan geniş oxucu kütləsi, ziyalılar və qiraətçilər də faydalana biləcəklər.



Allahşükür KƏRİMOV,
Filoloq, jurnalist. Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ştatdankənar müxbirimiz.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад