Главная > Maraqlı > “Heydər Əliyev dühası” mövzusunda dəyirmi masa
“Heydər Əliyev dühası” mövzusunda dəyirmi masa11-06-2022, 09:01. Разместил: admin44 |
Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev dühası” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarını salamlayan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva dəyirmi masanın “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunan silsilə tədbirlər sırasından olduğunu vurğulayıb. Daha sonra D. İbayeva dövlətçilik ənənələrimizin bərpasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu diqqətə çatdırıb. Ulu Öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışıb. Təbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə Azərbaycançılıq ideologiyasının tarixi, əhəmiyyəti və Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən geniş bəhs edib. 15 İyun - Milli Qurtuluş Gününün tarixindən, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən işlərdən və onun siyasi kursunun bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Ordumuzun qazandığı tarixi Qələbənin əhəmiyyətindən danışıb. Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |