Главная > Maraqlı > “Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda tədbir

“Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda tədbir


14-06-2022, 19:00. Разместил: admin44

İyunun 14-də Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Ombudsmanın Cəlilabad Regional Mərkəzi  birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda tədbir keçirilib.

İlk öncə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin aparat rəhbəri Ziya İsmayılov, mədəniyyət işçiləri, Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı və Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbin müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd etdi ki, bu gün Azərbaycan dövləti şəxsiyyət azadlığının və insan hüquqlarının qorunmasına, eləcə də cəmiyyətin gələcək inkişafına kömək göstərəcək istənilən əməkdaşlıq formasını qəbul etməyə hazırdır.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli bildirdi ki, Ölkəmiz ənənəvi olaraq  insan hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i Ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və bu il həmin Sərəncamın imzalanmasının 15 ili tamam olur.

 Sonra Ombudsmanın Cəlilabad Regional Mərkəzinin aparat rəhbəri Ziya İsmayılov insan hüquqlarının qorunması sahəsində aparılan genişmiqyaslı tədbirlərdən söhbət açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da əhalinin müxtəlif qruplarının, o cümlədən insan hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilir.

Daha sonra muzeyinin əməkdaşı Çingiz Qurbanovun mövzu ilə bağlı məruzəsi dinlənildi.

Tədbirin sonunda yeniyetmələrin mövzu ilə əlaqəli sualları təştilatçılar tərəfindən  cavablandırıldı.






“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад