Главная > Maraqlı > Masallıda tibb işçilərinin peşə bayramı qeyd olunub

Masallıda tibb işçilərinin peşə bayramı qeyd olunub


16-06-2022, 19:26. Разместил: admin44

16 iyun 2022-ci il tarixdə Masallı şəhər Mərkəzi Xəstəxanasında 17 iyun - tibb işçilərinin peşə bayramı qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən lövhələrlə tanış olmuşlar.

Tədbiri açan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Xanbaba Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən danışmış, hazırda bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ötən pandemiya dövründə səhiyyə işçilərinin fədakar əməyindən söhbət açmış, peşə bayramı münasibətilə onları təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyənləşdirilmiş tədbirlərə müvafiq olaraq Mərkəzi Rayon Xəstəxanasının  əsaslı təmir edildiyini deyən X.Hüseynov artıq xəstələrin Rusiya, Türkiyə, İran və başqa ölkələrə deyil, rayonda fəaliyyət göstərən xəstəxanalarda müalicə etdiyini bildirib.
RİH başçısının müavini A.Qafarova rayon rəhbəri cənab Şahin Məmmədovun salamını səhiyyə işçilərinə çatdıraraq, onları təbrik etmiş, xoş arzularını bildirmişdir.

Əhali arasında tibbi maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini söyləyən məruzəçi, həmkarlar təşkilatının sədri İlqar Ramizoğlu ölkədə və rayonda səhiyyənin müasir inkişafından, yeni texnologiyalar əsasında quruculuğundan və başqa uğurlardan bəhs etmişdir. O, göstərmişdir ki, Masallı RMX PHŞ-nin tabeliyində 28 həkim, 27 tibb məntəqəsi, 2 sahə xəstəxanası sakinlərin sağlamlığını təmin edir. İnsanların sağlamlığı keşiyində 159 həkim, 445 orta, 390 kiçik tibb işçisi durur. 44 günlük Vətən Müharibəsi dövründə səhiyyə işçilərimizin əməyi özünü göstərmişdir.

Tədbirdə çıxış edən tibb üzrə elmlər doktoru Vaqif Qurbanov respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyev və rayon rəhbərinə minnətdarlıqlarını bildirmiş, həmkarlarını peşə bayramı münasibətilə təbrik etmişdir.

Axırda əhaliyə səhiyyə xidmətində və pandemiya dövründə fəallıq göstərən bir qrup səhiyyə işçisinə Masallı RİH başçısının və RMX PHŞ fəxri fərmanları təqdim edilmişdir.

Sonda xatirə şəkilləri çəkilmişdir.








“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад