Главная > Maraqlı > Ali Sovetin sədri H.Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərini icra etməyə başlaması

Ali Sovetin sədri H.Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərini icra etməyə başlaması


20-06-2022, 11:58. Разместил: admin44

1993- cü ilin iyun ayında o zamankı Prezident Ə.Elçibəy heç kimə demədən Bakını tərk etmişdi.Onun şəhəri tərk etməsi dövləti çətin bir problemlə üz-üzə qoymuşdur.Həmin vaxt Elçibəyə müraciət olunsa da,o,yenidən prezident postuna qayıtmadı və özü prezident  səlahiyyətlərini yerinə yetirməkdən imtina etmiş oldu. Ali Sovetin sədri vəzifəsində çalışan H.Əliyev onun geri qayıtması üçün çalısa da,buna nail ola bilmədi. Elçibəyin belə hərəkəti deputatlar tərəfindən qanunpozuntusu hesab olundu. Elçibəyin prezident vəzifəsini icra edə bilməyəcəyi təsdiq olundu və onun səlahiyyətləri 1993-cü il 24 iyun tarixli Fərmanla Ali Sovetin sədri H.Əliyevə verildi. Prezident səlahiyyətlərinin icrasına başlayan H.Əliyev gecə-gündüz bilmədən Azərbaycan dövlətçiliyini qorumağa, ölkəmizin başını almış qara buludları dağıtmağa başladı
           
Uıu öndər Heydər Əliyev deyirdir :”Xalq mənə ümid bəsləyir. Mən bu ümidi doğrultmalıyam”. Beləliklə,dahi şəxsiyyət ömrünün qalan hissəsini öz xalqının rifahı naminə qurban verməyə hazır olduğunu vurğuladı.
           
H.Əliyev öz müdrik siyasəti nəticəsində yenicə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın müstəqilliyinin itirilməsinə imkan vermədi.O,ölkəni böyük bəladan xilas etdi və Azərbaycanı boyük və işıqlı inkişaf yoluna çıxartdı.
         
Beləcə ,ilk gündən başlayaraq Ulu Öndərin həyata keçirdiyi siyasət bütün dünyaya göstərdi ki,Azərbaycan müstəqil dövlət kimi yaşamağa qadirdir.  
           
Azərbaycan xalqı 1993-cü il oktyabrın 3-də dahi şəxsiyyətə etimad göstərərək 98,8 faiz səslə onu prezident seçməklə yanılmadığını bir daha sübut etdi və öz taliyini H.Əliyev kimi bir siyasətçinin ixtiyarına buraxdı.  
           
Azərbaycan özünün dövlət müstəqilliyi dövründə çox tarixi günlər yaşayıb,cox tarixi sənədlərə imza ataraq onların gerçəkləşməsinə nail olub.
           
Daim dövlətçiliyimizin keşiyində duran rəhbərin milli vətənpərvərlik amalı,xalqa bağlılıq duyğular hələ uzun illər boyu ən böyük örnəklərdən biri kimi öyrəniləcəkdir.



Ş.Xəlilova,
S.Xəliliov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад