Главная > Maraqlı > Heydər Əliyev Mərkəzinin kollektivi “26 iyun - Silahlı Qüvvələr Günü” ilə əlaqədar şəhid ailələrini ziyarət etdi

Heydər Əliyev Mərkəzinin kollektivi “26 iyun - Silahlı Qüvvələr Günü” ilə əlaqədar şəhid ailələrini ziyarət etdi


25-06-2022, 15:25. Разместил: admin44

İyunun 25-də Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi “26 iyun - Silahlı Qüvvələr Günü” ilə əlaqədar şəhid Həsənov Sübhan Rauf oğlunun və şəhid Hadiyev Vüsal Balarəzi oğlunun ailələrini ziyarət ediblər.

Ziyarət zamanı döyüş qəhrəmanlarının əziz xatirəsi yad edilib, onların Vətən yolunda göstərdikləri şücaət və fədakarlıqlardan söz açılıb.

44 günlük Vətən müharibəsində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğulları Sübhan Həsənov və Vüsal Hadiyevin xatirələri və döyüş yolunda keçdikləri əzmli yollar onların öz yaxınlarının dilindən dinlənildi.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад