Главная > Maraqlı > Azərbaycanda ordu quruculuğunda dönüş

Azərbaycanda ordu quruculuğunda dönüş


25-06-2022, 18:02. Разместил: admin44

Azərbaycanda ordu quruculuğu hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılaraq inkişaf etdirilmişdir. Bu isə Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum məsələlərdəndir.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu.Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.  Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılmışdır.Bu hər Azərbaycan vətəndaşını sevindirir və qürurlandırır.44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad edərək dünyaya bir daha sübut etdi ki ,Azərbaycan qüdrətli Ordusu Azərbaycanın ərazi bütövlüyü bərpa etdi.Bu gün işğaldan azad olunmuş tarixi torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.



Zenallı Səməd,
Masallı rayon sakini.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад