Главная > Maraqlı > Qalib xalq, Qətiyyətli Sərkərdə, Müzəffər Ordu

Qalib xalq, Qətiyyətli Sərkərdə, Müzəffər Ordu


25-06-2022, 18:08. Разместил: admin44

Tarix boyu müharibələrin gedişatına nəzər yetirib görərik ki, başlanılan bir çox hərbi əməliyyatlar münaqişələrin sonlanmasına deyil, daha da alovlanmasına gətirib çıxarıb. Lakin cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin düşmən tapdağından azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxardı.Bu baxımdan Azərbaycan xalqının qazandığı bu qələbə tarixi əhəmiyyətə malikdir.Bunu təkcə dostlarımız deyil,  bütün dünya təsdiq edir.İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək, bu Qələbə şanına dastanlar, romanlar yazılacaqdır.

Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi,Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının birliyi sayəsində Azərbaycan xalqı zəfər qazandı.Tarixi zəfərin əhəmiyyətindən danışarkən ilk və xüsusi olaraq onu qeyd etməliyik ki, Kürəkçay müqaviləsindən keçən son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və xalqa qaytarılmasına nail oldu.44 günlük Vətən müharibəsində tarixi zəfərimizdən danışarkən qeyd edilməsi vacib olan amillərdən biri də ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətidir.Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaratmışdır. Ancaq bu da danılmaz faktdır ki, Ordu nə qədər güclü, müasir olsa da döyüş meydanında son sözü deyən yenə Vətən sevgisi uğrunda gözünü qırpmadan canından keçməyə hazır olub döyüşə atılan əsgərdir.

44 günlük Vətən müharibəsində zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsidir.Sözün əsl mənasında döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hər bir əsgərinin göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına bu qələbənin əldə olunmasını təmin etməsi hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu.Bu Şanlı Qələbənin bir daha göstərdi ki, xalq öz Prezidentinin,ordusunun yanındadır və ona inanır,güvənir.



Anar Məmmədov,
Masallı rayon sakini.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад