Главная > Maraqlı > Məişət zorakılığına qarşı mübarizə

Məişət zorakılığına qarşı mübarizə


29-06-2022, 18:39. Разместил: admin44

iyun  tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Dini Qurumla iş üzrə  Dövlət Komitəsinin Masallı bölgəsinin  birgə təşkilatçılığı ilə  ” Azərbaycan Pespublikasında  İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Fəalliyyət Planı” a əsasən “ Məişət zorakılığına qarşı mübarizə” mövzusunda  Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində maarifləndirilmə tədbiri keçirilb.

 Tədbirdə məktəbli  qızlar və müəllimlər iştirak etdilər.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbiri çıxış sozü ilə açan məktəbin direktoru Mehriban Əzizova vətəndaş hüquqlarının pozulmasına gətirib çıxaran  məişət zorakılığı haqqında danışdı.  

Sonra Muzeyin direktoru Əntiqə  Tağıyeva məşiət zorakılığının probleminin qarşısının alınması üçün günclü qanunvericilik, dövlət dəstəyi ilə yanaşı, cəmiyyətin özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılığ hallarına adikvat reaksiya verilməli ,yalnız və yalnız birgə səylərlə daha əməyi, daha doğru nəticə əldə etmək mümkün olduğunu dedi

Daha sonra DQİDK-nin Masallı Bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli məişət zoprakılığı ilə bağlı ölkəmizdəki vəziyyət, məişət zorakılığına qarşı qanunvericilik bazasının tətbiqi, müxtəlif qurumlar arasında birgə tədbirlər planının laiyəhəsi haqqında, həmçinin məişət zorakılığın qarşısının alınması sahəsində əlaqəli,  gücləndici,məqsədli şəkildə görülmüş müvafiq işlərdən danışdı.

Muzeyin əməkdaşı Dilgüşə Məmmədova  yeniyetmə qızlara ölkəmizin gələcəyinin sağlam və əmin əllərdə olmasında ötrü onların bu gün doğru maariflənməsinə ,milli-mənəvi dəyərlərə qiymət verərək  elmə yiyələnmək və gələcəyimizin tərbiyəçi ananları olaraq mükəmməl şəkildə yetişmələrini tövsiyə etdi.

Tədbirin sonunda yeniyetmə qızların mövzu ilə bağlı sualları cavablandırıldı.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад