Главная > Maraqlı > Masallıda narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü həbs olunub

Masallıda narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü həbs olunub


29-06-2022, 20:58. Разместил: admin44

İyunun 24-də saat 17 radələrində Masallı rayonunun Sərçivar kəndi ərazisində “KamAZ” markalı avtomobil nəzarət qaydasında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri yoxlama zamanı sürücü, Lənkəran rayon sakini Fariz Məmmədovun avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyənləşdirilib. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə F.Məmmədov inzibati qaydada həbs olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад