Главная > Maraqlı > Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi vacib məsələdir

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi vacib məsələdir


29-06-2022, 21:50. Разместил: admin44

Gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili mühüm əhəmiyyətə malikdir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu, müasir cəmiyyətin, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri hesab olunur. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.

Təbii ki, Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtlarda Ali Baş Komandan Başda olmaqla, biz 200 illik tarix ərzində torpaq verən dövlətdən torpaq alan dövlətə çevrildik. Bu da vaxtında şagirdlərə, gənclərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi Nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarını, şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını, vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Təbii ki,, gənclərin vətənpərvərlik tərbiyəsini yalnız bir fənnin tədrisi ilə məhdudlaşdırmaq fikri reallıqdan uzaqdır. Bütün fənlərin tədrisində, xüsusilə də humanitar-ictimai fənlərin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar vardır.

Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, hərb sərkərdələrinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün əsl həyat, tərbiyə məktəbidir. 44 günlük Vətən müharibəsi biz gəncləri daha mübariz elədi. İndi hər hansı dövlət, yaxud millət 100 illər bundan sonra Azərbaycana, onun can bir, qəlb bir torpağına xain gözlıə belə göz dikə bilməyəcək. Şünki, Azərbaycan gəncliyi yenilməzdir, mübarizdir, sədaqətlidir, cəsarətlidir… Çünki bu dövlətin İlham Əliyev kimi Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti var.

Eşq olsun Azərbaycan Prezidentinə!

Eşq olsun Ali Baş Komandanımıza!

Biz gənclər yenə də Vətən torpaqları uğrunda mübarizəyə hazırıq!

Yaşasın Azərbaycan gəncliyi!



Elşən AĞABABALI,
YAP Masallı Rayon Təşkilatı Şərəfə ərazi partiya təşkilatının sədr müavini.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад