Главная > Maraqlı > ŞƏHİD ÖVLADININ DOĞUM GÜNÜ QEYD OLUNUB

ŞƏHİD ÖVLADININ DOĞUM GÜNÜ QEYD OLUNUB


2-07-2022, 11:57. Разместил: admin44

01 iyul 2022-ci il tarixdə "Masallı şəhər 1 saylı " uşaq bağçasında  Vətən müharibəsi şəhidi, gizir Raqib Əzizovun qızı Ayan Əzizovanın doğum günü qeyd edilib.

Bağçanın müdiri Aynur Qardaşova,tərbiyəçilər Hüseynova Gülsaba və Hüseynova Fərqiyyə üç yaşlı fidanı təbrik edərək şəhid övladlarına xüsusi qayğı göstərməyin hər birimizin müqəddəs vətəndaşlıq borcu olduğunu bildirib.

Ayanın ad günü ilə əlaqədar bağçada əyləncəli proqram təqdim olunub. Uşaqların ifasında  bir-birindən maraqlı şən mahnı və rəqslər ifa edilib,  təbriklər, xoş arzular çatdırılıb.

Tədbirdə Ayan Əzizovanın anası, əmisi iştirak edərək - şəhid ailələri adından göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Qeyd etmək istəyirdik ki, Ayan Əzizova şəhidlik zirvəsinə ucalmış Vətən Müharibəsi veteranı  gizir Əzizov Raqibin  qızıdır.  Raqib Əzizov 1991-ci il avqustun 29-da Masallı rayonunun Yolağac kəndində anadan olub. 1997-ci ildə Yolağac kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olub, 2008-ci ildə Güllütəpə kənd tam orta məktəbini bitirib. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Raqib Əzizov ölümündən sonra "Zəngilanın azad olunmasına görə",  "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib.







“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад