Главная > Maraqlı > Böyük Vətən Müharibəsi iştirakçısı Cənnət Teymurovun 100 illiyi

Böyük Vətən Müharibəsi iştirakçısı Cənnət Teymurovun 100 illiyi


3-07-2022, 12:37. Разместил: admin44

Viləş kəndində Böyük Vətən Müharibəsi iştirakçısı Cənnət Teymurovun 100 illiyi qeyd olunub
 
Viləş kəndində Böyük Vətən müharibəsi iştirakçısı Cənnət Teymurovun anadan olmasının 100 illiyi münasibəti ilə onun yaşadığı həyətdə görüş keçirilib.
Tədbiri Masallı rayon Veteranlar Təşkilatının sədri Məmmədağa Şiriyev açıq elan edib. O, bildirib ki, Cənnət kişi rayonumuzda ömür sürən yeganə
Böyük Vətən müharibəsi iştirakçısıdır. 1922-ci ildə təvəllüd tapıb...

M.Şiriyev müəllifi olduğu çoxsəhifəli «Masallıdan Qələbəyədək» monumental kitabının siqnal nüsxəsini 100 yaşlı veterana hədiyyə edib.
Vətən müharibəsində Masallıdan olan Böyük Vətən müharibəsi iştirakçısının həyat və döyüş yolu haqqında çıxış edən Masallı RİH başçısının müavini Aybəniz Qafarova gül buketini yubilyara təqdim etdikdən sonra icra başçısının salamlarınım100 yaşlı veterana və tədbir iştirakçılarına çatdırıb, ona rayon rəhbəri tərəfindən maddi yardım ayrıldığını bildirib, Böyük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan, komboy Diviziyasının əsgəri, Azərbaycan oğullarından biri də Cənnət Eyniş oğlu Teymurov olduğunu vurğulayıb. Bir çox həmyerlilərimiz kimi,  Cənnət Eyniş oğlu Teymurov da cəsur döyüşçü kimi vuruşmuş, hünər göstərmiş, sinəsini müxtəlif illərdə aldığı orden və medallar bəzəyir. Döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqları, qazandığı saysız uğurları nəticəsində dəfələrlə komandanlığın təşəkkürü ilə qiymətləndirilmişdir.
Tədbirdə «Masallı ziyalıları» İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, kəndin sakini, qəhrəman şəhidlər Anası Ziba Əsgərova, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva, Viləş kənd ATS-nin müdiri Qurbanəli Məmmədov, təqaüddə olan veteran müəllim Əlisa Qədiyev, Viləş Ərazi Dairəsi üzrə nümayəndə Alim Ələmov, veteranın yaxınları və başqaları çıxış edərək, onun haqqında xatirələrini bölüşüblər. Qeyd ediblər ki, öz tövsiyyələrini bizdən əsirgəmir, bütün işlərdə bizə yaxından kömək edir. Onunla fəxr edirik!

Viləş kənd tam orta məktəbinin şagirdləri veteranın şəninə şeirlər söyləmişlər.
Axırda yüz illiyi qeyd edilən yubilyar 1941-1945-ci illərdə Böyük Vətən müharibəsindəki xatirələrindən söhbət açıb, müharibədə necə yaralandığını bildirən Cənnət Teymurov tədbirin təşkilində kömək göstərən RİH başçısı cənab Şahin Məmmədova təşəkkürünü bildirib. «Bu gün mənim öz həyətimdə 100 illiyimi təbrik edirlər. Mən sizə bu diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Yaşamaq həmişə gözəldir. Həyat yaşamağı sevir. Həyatda gərək elə yaşayasan, elə iz buraxasan  ki, yüzə gəlib çata biləsən. Qoy bütün insanlar şərəflə yaşasınlar, yaratsınlar, Qəhrəman, Müzəffər Azərbaycanın gələcəyi üçün əllərindən gələni eləsinlər»-deyə Cənnət Teymurov diqqətə çatdırıb.










“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад