Главная > Maraqlı > Parlament diplomatiyası

Parlament diplomatiyası


4-07-2022, 11:08. Разместил: admin44

Hərkəsə məlumdur ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Azərbaycan bu gün nəinki Cənubi Qafqaz çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi tanınır.Cənubi Qafqaz məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər mövzusunda, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir.Azərbaycanın aktiv xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal cazibə mərkəzlərindən birinə çevirmişdir.

Azərbaycanın paytaxtı Bakının bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən bir daha xəbər verir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizin  beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də böyük rolu var.Azərbaycan Milli Məclisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə 82 ölkənin parlamenti ilə dostluq qrupları, 12 beynəlxalq parlament təşkilatında nümayəndə heyətləri və 1 ikitərəfli komissiya fəaliyyət göstərir. Onu da vurğulamaq olar ki, ötən il 44 günlük Vətən müharibəsi zamanı bütün cəmiyyətimiz kimi ölkə parlamenti də imkanlarını səfərbər edərək aktiv fəaliyyət göstərib. Belə ki, bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olundu. Azərbaycan Respublikası Milli Məclisi şanlı Ordumuzun əks-hücum əməliyyatlarına başladığı ilk anlardan etibarən beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları, şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlayıb. Vurğulamaq yerinə düşər ki, parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata 140-dan çox məktub göndərilib.



Quliyev Çingiz,
Masallı rayon sakini.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад