Главная > Maraqlı > "Yeni həyat" - 90

"Yeni həyat" - 90


5-07-2022, 09:36. Разместил: admin44

Ötən illərə boylananda...

Masallının minlərlə ziyalısı kimi “Yeni Həyat” qəzetinin mənim həyatımda kifayət qədər yeri var. Yaxşı yadımdadır, Sığdaşt kənd orta məktəbinin (onda səkizillik idi) 7 ci sinifində oxuyurdum. Dilədəbiyyat müəllimimiz Güləli Kişiyev bizə “Həyatda mən kimə bənzəmək istərdim”  mövzusunda inşa yazmaq tapşırığı vermişdi. Yazım müəllimlərin və məktəb rəhbərliyi Bağır Bağırov tərəfindən bəyənildi. Mən bu mövzuda cahanda şərqin Hipokratı şərəfli adına layiq görülmüş Ə.Ə.İbnsinanı, dünya şöhrətli  Azərbaycanlı alimi,  filosofu, pedaqoqu və psixoloqu N.Tusini, müsəlman şərqinin böyük İslam filosofu Əl Fərabini və həmyerlimiz istedadlı alim, həkim, pedaqoq, şair, musiqiçi, unikal insan, incəqəlb sahibi Kazım Aslanlını (Sarəng) həyat və yaradıcılıqları ilə yaxından bələd olduğumdan onları özümə həyat idealı seçdiyimi yazmışdım.

Kazım Aslanlı ömür-gün yoldaşı Fəridə xanımla növbəti dəfə yay istirahətinə rayona gələndə bizdə oldular. Atam Əliməmməd inşamı ona oxumağımı məsləhət bildi. Yazımı bəyənən Kazım.A “Çağırış” qəzeti ilə əlaqə yaratmağımı, redaksiyanın nəznində “Gənc yazarlar” dərnəyinə üzv olmağımı məsləhət bildi. Qəzetin redaktoru Vaqif Hüseynov məni səmimi qarşıladı və dərnəyə üzv seçdilər.İlk yazılarım barədə İbrahim.İ, Rəsul R. Əhməd  S. Hümmət C. Həsənağa Ə və başqaları xoş sözlərini söyləyib tövsiyyələrini verdilər. Digərləri kimi bu dərnəyin üzvü olmaq mənim gələcək həyatımda mühüm rol oynadı. Burdan atdığım ilk addımlarım məni ulu öndər Heydər Əliyevin 1970-ci illərdə “Respublikamızın hüdudlarından kənarda Gənclərin təhsil alması” lahiyəsinə qoşulmağıma səbəb oldu və dünyanın mötəbər elm, təhsil, mədəniyyət məbədlərinə aparıb çıxartdı. Müxtəlif xalqların nümayəndələri arasında bir ləyaqətli Azərbaycanlı gənci kimi oxuyub və çalışmağıma səbəb oldu. Bununla yanaşı elmi-tədqiqatlar aparmaq, elmi şuralarda, konfranslarda və müxtəlif KİV-lərdə çıxışlarımın şərəfini mənə qazandırdı.
Bu zaman kəsiyində “Yeni Həyat” qəzeti ilə əlaqələrimi qoruyub saxladım. Yaxşı yadımdadır, ötən əsrin 80-ci illərin əvvəllərində qəzetin aparıcı mütəxəssislərindən biri unikal insan istedadlı jurnalist Mühacir.Q xaricə ezamiyəti zamanı fürsətdən istifadə edib biz Azərbaycanlı mənşəli gənclərini. Tələbə və mütəxəsssislərini bir araya yığıb tövsiyyələrini verdi.

Şərqdə ilk müstəqil müsəlman demokratik Azərbaycan Respublikasının yeni dövrünün memarı və qurucusu Heydər Əliyevin xaricdə yaşayan Azərbaycanlı mənşəli mütəxəssislərə vətənə qayıtmaq müraciətinə ilkin səs verənlərdən biri kimi doğma yurduma Masallıya gəlib şəhər 1 saylı tam orta məktəbində çalışmağa başladım. Bu dövrdən mütəmadi AMEA-nın elmi jurnallarında respublika mətbuatında o cümlədən “Yeni Həyat” qəzetində uşaq, gənclər və təhsil problemlərinə aid psixo-pedaqoji mövzularda çıxışlar edirəm.
“Yeni Həyat” qəzetinin bünövrəsi 1932-ci ildə qoyulub. Elə ilk saylarından inkişaf yoluna işıq saçdı. Bu illər ərzində müxtəlif mərhələlərdən keçən “yeni Həyat” qəzeti daim üzərinə düşən vəzifəni böyük şərəflə yerinə yetirməyə çalışıb. Zəngin və şərəfli yolla addımlayaraq nəin ki respublikada, hətta SSRİ məkanında özünəməxsusluğu ilə seçilib.

90-cı illərin gərgin ictimai-siyasi olaylarında və ondan sonrakı ərəfədə quruculuq, dirçəliş dövrlərində qəzetin baş redaktoru Əyyub Mehdiyev əməkdaşları Rəsul.R, Həsənağa Ə, Aydın Ə, Südabə M, və başqaları böyük təlatümlər və gərginliklər yaşasalarda əzmkarlıq nümayiş edib qəzeti qoruyub saxlamağa müvəffəq oldular.

Hazırda qəzetin baş redaktoru Əlihüseyin Şükürovun rəhbərliyi ilə güclü müstəqil, obyektiv informasiya daşıyıcısı, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, maraqlı, geniş oxuyucuların maraqlarına dayanır, bir sözlə yüksək səviyyədə oxucuların yanındadır. “Yeni Həyat” qəzetini, onun əməkdaşlarını və onun oxucularını 90 illik yubileyi münasibəti ilə təbrik edir və gələcəkdə uğurlara arzu edirəm!





Rəvvaq QURBANOV,
ştatdankənar müxbirimiz.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад